...

Azərbaycanda apelyasiya vermiş 127 abituriyentdən 41-i bilavasitə TQDK-ya müraciət edib

Cəmiyyət Materials 29 İyul 2011 13:34 (UTC +04:00)
Test işlərinin nəticəsi üzrə apelyasiyaya qəbulla bağlı Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müvafiq ərizə verən 127 abituriyentdən 41-i bilavasitə müraciət edib.
Azərbaycanda apelyasiya vermiş 127 abituriyentdən 41-i bilavasitə TQDK-ya müraciət edib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Z.Əhmədova/

Test işlərinin nəticəsi üzrə apelyasiyaya qəbulla bağlı Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müvafiq ərizə təqdim edən 127 abituriyentdən 41-i bilavasitə müraciət edib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə bildirib.

"Baxılmaq üçün apelyasiyaya təqdim edilən 127 abituriyentin test işinin fotosurəti TQDK-nın saytında yerləşdirilib, - Abbaszadə bildirib. - Onlardan yalnız 90 nəfərinin cavab kartlarına baxılıb, 41 nəfər isə bilavasitə Dövlət Komissiyasına müraciət edib".

Abituriyentlərin cavab kartları Dövlət Komissiyasının saytına iyulun 27-dən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti