...

Ramazan bayramında İçərişəhərdəki muzeylərə giriş pulsuz olacaq

Cəmiyyət Materials 27 Avqust 2011 17:08 (UTC +04:00)
Ramazan bayramı ilə əlaqədar avqustun 30-da İçərişəhərin bütün muzeylərinə, Qız qalasına və Şirvanşahlar saray kompleksinə giriş pulsuz olacaq.
Ramazan bayramında İçərişəhərdəki muzeylərə giriş pulsuz olacaq

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Məmmədova/

Ramazan bayramı ilə əlaqədar avqustun 30-da İçərişəhərin bütün muzeylərinə, Qız qalasına və Şirvanşahlar saray kompleksinə giriş pulsuz olacaq. Bu barədə Trend-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.

Muzeylərə gələnlər üçün İçərişəhərin mədəni irsi və tarixi abidələri ilə tanışlıq üçün pulsuz ekskursiyalar da təşkil ediləcək. Həmçinin "Köhnə şəhərdə bir gün" adlı tədbir, valideyn himayəsindən məhrum olan 11 saylı ixtisaslaşmış internat məktəbinin uşaqları üçün İçərişəhərdə gəzinti təşkil olunacaq.

Həmin gün saat 11:30-da Qız qalası qarşısında Azərbaycan Dövlət Neft Akademiyasının nəfəsli alətlər orkestrinin konsert proqramı olacaq.

Xəbər lenti

Xəbər lenti