...

Azərbaycanın ağır atletika yığması Avropa çempionu oldu

Cəmiyyət Materials 31 Avqust 2011 10:27 (UTC +04:00)
Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika yığması Polşanın Çexanov şəhərində keçirilən 9-cu Avropa çempionatında möhtəşəm uğura imza atıb.
Azərbaycanın ağır atletika yığması Avropa çempionu oldu

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika yığması Polşanın Çexanov şəhərində keçirilən 9-cu Avropa çempionatında möhtəşəm uğura imza atıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, gənc idmançılarımız 6 qızıl və 4 bürünc medalla medal sıralamasında Avropanın ən yaxşısı adını qazanıblar. İkinci pillədə Belarus, üçüncü isə Rusiya yığması olub. Ermənistan yığması yalnız 5-ci yerlə kifayətlənib.

Ümumilikdə 10 medal qazanan pəhləvanlarımız Azərbaycan yığmasının 515 xalla komanda hesabında ikinci yerə çıxmasını da təmin edərək, bu nominasiyada yalnız 566 xal toplayan Rusiya idmançılarından geri qalıblar. Ermənistan cəmi isə 498 xal toplayaraq bizdən sonrakı pilləni tutub.

85 kq çəki dərəcəsində yarışan idmançımız Nailxan Nəbiyev Sinkleyr cədvəli üzrə yarışda 395,9 xalla Avropa ikincisi olub.

Medalçılarımızın siyahısı:

50 kq çəki dərəcəsi - Allahyar Abışov - iki bürünc medal
56 kq çəki dərəcəsi - Paşa İbrahimli - üç qızıl medal
62 kq çəki dərəcəsi - Elxan Əliquluzadə - bir qızıl və bir bürünc medal
85 kq çəki dərəcəsi - Nailxan Nəbiyev - iki qızıl və bir bürünc medal

Xəbər lenti

Xəbər lenti