Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan jurnalistlərinin həmrəyliyinə mane olan əsas səbəb mətbuatın siyasiləşməsidir. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Amaşov Azərbaycan mətbuatının siyasiləşməsinin səbəblərini də açıqlayıb.
"Siyasiləşmənin əsas səbəbi mətbuatın hələ də maddi problemlərlə qarşılaşmasıdır. Nə zaman ki, Azərbaycan mətbuatı satış və reklam vasitəsi ilə öz maddi tələblərini qarşılaya biləcək, o zaman Azərbaycan jurnalistləri daha da həmrəy olacaqlar. Təbii ki, bu, o demək deyil ki, Azərbaycan jurnalistləri həmrəy deyillər. Beynəlxalq məsələlərdə Azərbaycan mətbuatı eyni mövqeyi sərgiləyir", - MŞ sədri vurğulayıb.
Amaşov onu da bildirib ki, Azərbaycaycan Mətbuat Şurasının yaradılmasının əsas məqsədlərindən biri jurnalistlərin həmrəyliyinin təşkil edilməsi idi.
"Mətbuat Şurasının idarə heyətində həm iqtidaryönlü, həm də müxalifətyönlü mətbuatın nümayəndələri var", - o qeyd edib.
Əflatun Amaşov: Azərbaycan jurnalistlərinin həmrəyliyinə mane olan əsas səbəb mətbuatın siyasiləşməsidir
Azərbaycan jurnalistlərinin həmrəyliyinə mane olan əsas səbəb mətbuatın siyasiləşməsidir. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.