...

Türkiyədə həbs edilmiş generalların sayı 50-yə çatıb

Cəmiyyət Materials 9 Sentyabr 2011 18:38 (UTC +04:00)
Türkiyədə ictimai fikrin dəyişdirilməsinə yönəlmiş internet saytlarının yaradılması üzrə işin araşdırılması ilə əlaqədar general-leytenant Mehmet Eröz də həbs olunub.
Türkiyədə həbs edilmiş generalların sayı 50-yə çatıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Cümə günü Türkiyədə ictimai fikrin dəyişdirilməsinə yönəlmiş internet saytlarının yaradılması üzrə işin araşdırılması ilə əlaqədar general-leytenant Mehmet Eröz də həbs olunub. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

Eröz "Türkiyə Respublikası hökumətinin məhv edilməsi üçün güc tətbiqi"ndə və "terror təşkilatının idarə olunması"nda təqsirləndirilir.

Bununla, həbs olunmuş generalların sayı 50-yə çatıb.

Xəbər lenti

Xəbər lenti