...

Köpək balığının qara ciyəri dünyaya universal antibiotik bəxş edəcək

Cəmiyyət Materials 21 Sentyabr 2011 18:15 (UTC +04:00)
Alimlər köpək balığının bədənində əczaçılıq bazarında əsl gurultu qoparmağa qadir olan unikal birləşmə aşkar ediblər.
Köpək balığının qara ciyəri dünyaya universal antibiotik bəxş edəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Alimlər köpək balığının bədənində əczaçılıq bazarında əsl gurultu qoparmağa qadir olan unikal birləşmə aşkar ediblər. Məlum olub ki, bu, insanı Denqe qızdırması, sarı qızdırma, şərq atı ensefaliti virusu, siçan sitomeqalovirusu, B, C və D hepatitləri də daxil olmaqla, bir sıra xəstəliklərdən xilas edə biləcək gözəl antibiotikdir. Bu barədə "The Daily Mail" yazır.

Trend-in məlumatına görə, Corctaun Universitetindən doktor Maykl Zaslofun rəhbərliyi altında çalışan bir qrup alimin tapdığı antibiotik "skvalamin" adlanır. O, artıq tibbdə xərçəngdən və bir sıra göz xəstəliklərindən xilas edən preparat kimi sınaqdan keçən virus əleyhinə təhlükəsiz vasitə kimi məşhurdur. Yeni tədqiqatlar isə göstərir ki, laboratoriya şəraitində də, heyvanların misalında da birləşmə insan üçün təhlükəli olan patogenlərlə mübarizə apara bilər.

Birləşmə köpək balıqlarının özlərini isə qara ciyərə və qana hücum edən viruslardan müdafiə edir. Əvvəllər sübut olunmuşdu ki, skvalamin şişlərə oxşar qan damarlarının artmasını dayandırır. İndi tədqiqatçılar xolesterinə oxşar və müsbət enerjiyə malik təbii molekulun immun agenti kimi necə işlədiyini aydınlaşdırmağa qərar veriblər.

Belə ki, skvalamin hüceyrələrə nüfuz edən vaxt (o, yalnız qan damarlarında, kapilyarlarda və qara ciyərdə mövcud olan müəyyən hüceyrələrə nüfuz edir) hüceyrələrin daxili qabığının mənfi doldurulmuş səthinə birləşərək müsbət doldurulmuş proteinləri atır. Həmin proteinlərdən bəziləri viruslar tərəfindən çoxalma üçün istifadə olunur, proteinlərsiz isə virusların həyat sikli pozulur (mikrob ətalətli olur, onu saxlayan hüceyrə dağılır).

Virusların əksəriyyətinin öz siklini başa vurmasından ötrü bir neçə saat vaxt tələb olunur. Bu müddət ərzində skvalamin orqanları və əzələləri xəstəliyə qarşı davamlı edir. Üstəlik, birləşmə virusların çoxalmasının qarşısını alır, orqanizmi bir neçə saat ərzində onların izlərindən təmizləyir.

Xəbər lenti

Xəbər lenti