...

Boks üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyəti açıqlandı

Cəmiyyət Materials 21 Sentyabr 2011 18:47 (UTC +04:00)
Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyəti açıqlanıb.
Boks üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyəti açıqlandı

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir B.Hacıyev/

Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda yığmamız 9 çəki dərəcəsində mübarizə aparacaq.

Məşqçilər korpusu sentyabrın 26-da start götürəcək yarışda Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidova (91+kq) şans verəcək.

Avropa çempionatı ilə müqayisədə komandada 2 dəyişiklik edilib. Osman Əliyevi Emin Əhmədov, Fərid Paşayevi isə Məhəmmədrəsul Məcidov əvəzləyib. Soltan Migitinov Olimpiadaya WSB liqasından vəsiqə qazandığından 75 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq.

Xəbər lenti

Xəbər lenti