...

Azərbaycan və Rusiyanın din xadimləri Bakıda ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Cəmiyyət Materials 24 Sentyabr 2011 15:20 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Alalhşükür Paşazadə və bütün Rusiyanın patriarxı Mitropolit Kirillin birgə razılığı ilə iki ölkənin din xadimləri sentyabrın 29-da Bakıda ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Azərbaycan və Rusiyanın din xadimləri Bakıda ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Alalhşükür Paşazadə və bütün Rusiyanın patriarxı Mitropolit Kirillin birgə razılığı ilə iki ölkənin din xadimləri sentyabrın 29-da Bakıda ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər. Bu barədə şənbə günü Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Pravoslav nümayəndə heyətinə Moskva Patriarxlığının kilsə və cəmiyyət arasında qarşılıqlı münasibətlər şöbəsinin rəhbəri, protoirey Vsevolod Çaplin, Bakı və Azərbaycanın yepiskopu Aleksandr rəhbərlik edəcəklər.

Görüşdə Şimali və Cənubi Qafqazın din xadimləri, iri islam ali məktəblərinin rektorları, dünyəvi alimlər və ictimai xadimlər də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti