...

SAM-ın əməkdaşı Qara Dəniz regionunun gələcək siyasi inkişaf ssenarilərinə dair məruzə ilə çıxış edəcək

Cəmiyyət Materials 5 Oktyabr 2011 11:21 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşı Qara Dəniz regionunun gələcək siyasi inkişaf ssenarilərinə dair məruzə ilə çıxış edəcək.
SAM-ın əməkdaşı Qara Dəniz regionunun gələcək siyasi inkişaf ssenarilərinə dair məruzə ilə çıxış edəcək

Azəraycan, Bakı, 5 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşı Qara Dəniz regionunun gələcək siyasi inkişaf ssenarilərinə dair məruzə ilə çıxış edəcək. Bu barədə çərşənbə günü Trend-ə SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 6-8-də Brüsseldə "Qara Dəniz Regionunun Gənc İslahatçıları" proqramı çərçivəsində "Qara Dəniz regionunun gələcəyinə baxış və perspektivlər" adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir.

Konfransda SAM-ın Qara Dəniz regionu və təhlükəsizlik məsələləri üzrə eksperti Zaur Şiriyevin iştirakı ilə bir qrup ekspert tərəfindən hazırlanan "Qara Dəniz Regionu 2020-ci ildə: Avropa İttifaqının yeri nədir?" başlıqlı təqdimatın keçiriləcəyi nəzərdə tutulub. Zaur Şiriyevin təqdimatı regiondakı gələcək siyasi inkişaf ssenariləri ətrafında qurulub.

Qara Dəniz Gənc İslahatçılar Proqramı bu regionda reformist fəaliyyətlə seçilən və ruhlandırıcı islahat yönümlü gənc qərar qəbul edənlər, dövlət qulluqçuları və vətəndaş cəmiyyətində fəalları seçərək, reformist fikirləri dəstəkləyən elmi-intellektual səydir. Hər il Qara Dəniz regionu ölkələrindən seçilən təmsilçilər, proqram çərçivəsində tədbirlərə qatılaraq, regiondakı problemləri və perspektivləri müzakirə edir. Tədbirdə Qara Dəniz regionunun təhlükəsizlik məsələləri, mövcud iqtisadi durum, mövcud problemlər və gələcək inkişaf perspektivləri kimi məsələlər əsas müzakirə mövzuları olacaqdır. Proqram çərçivəsində Avropa İttifaqının yüksəkrütbəli rəsmiləri, beynəlxalq ekspertlərlə görüş nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti