...

Bakıda yeni "YARAT müasir incəsənət məkanı" QHT-nin təşkil etdiyi "Ön söz" sərgisi açılıb (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2011 11:54 (UTC +04:00)
Bakıda çərşənbə günü Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT müasir incəsənət məkanı" müstəqil qeyri-hökumət təşkilatının təqdimat mərasimi keçirilib.
Bakıda yeni "YARAT müasir incəsənət məkanı" QHT-nin təşkil etdiyi "Ön söz" sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda çərşənbə günü Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT müasir incəsənət məkanı" qeyri-hökumət təşkilatının təqdimat mərasimi keçirilib. Tədbir iştirakçıları həmçinin yeni təşkilatın ilk layihəsi olan "Ön söz" sərgisi ilə də tanış olublar. Sərgidə azərbaycanlı rəssamların işləri nümayiş olunub.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, diplomatik nümayəndəliklərin nümayəndələri və başqaları iştirak ediblər.

Azərbaycan Rəssamlıq Akademiyasını rektoru, Xalq rəssamı Ömər Eldarov Aida Mahmudovaya Azərbaycanın gənc istedadlarının işlərinin təqdim olunduğu maraqlı sərginin təşkilinə görə təşəkkürünü bildirib.

"Rəssam olmaq uşaqlığın tələbatıdır, ictimaiyyət üçün açıq olan yaxşı sərgi təşkil etmək istəyinə malik olmaq keyfiyyəti isə heç də hamıya verilmir. İnsanlarda belə qabiliyyətə tez-tez rast gəlinmir", - o deyib.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova respublikada məsləkdaşları birləşdirən yeni təşkilatın yaranmasını mühüm hadisə hesab edib. O, "YARAT müasir incəsənət məkanı" təşkilatının yaradıcısı, gənc rəssamların işlərini yüksək səviyyədə təqdim edən Aida Mahmudovanın rolunu yüksək qiymətləndirib.

"Mən fəxr edirəm ki, gənc azərbaycanlı qadın belə yüksək peşəkar səviyyədə sərgi təşkil etməyi bacarıb", - Hüseynova deyib.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev qeyd edib ki, "Ön söz" sərgisi qeyri-adi sərgidir - rəssamların əsərləri tikilməkdə olan binada sərgilənib ki, bu da nou-haudur.
"Bugünkü sərgi mənim üçün ikiqat sevincli hadisədir. Təşkilatın adı çox maraqlıdır", - o deyib.

Aida Mahmudova sərginin bütün iştirakçılarına minnətdarlığını bildirib. "Bu layihədə iştirak mənim üçün çox maraqlıdır və arzumun həyata keçməsidir. İnanıram ki, bu sərgidən sonra insanlarda incəsənətin bu növünə maraq artacaq", - o deyib.

"YARAT müasir incəsənət məkanı" müstəqil qeyri-hökumət təşkilatıdır. Onun əsas məqsədi Azərbaycanda müasir incəsənətin inkişafına şəxsən yardım etmək, ölkədə və xaricdə sərgilər, festivallar, seminarlar, ustad dərsləri və respublika rəssamlarının təbliğinə yönəlmiş müxtəlif tədris-maarifləndirici tədbirlər keçirməkdir.

"Ön söz" sərgisi "YARAT müasir incəsənət məkanı" təşkilatının ilk ekspozisiya layihəsidir və eyni zamanda fəaliyyətdə olan mədəni institut kimi təqdimatıdır. Sərgidə müasir incəsənətin ənənəvi növ və janrları ilə yanaşı, installyasiya, perfomans, videoart da təqdim olunub. Sərginin iştirakçısı olan 27 rəssam müasir Azərbaycan incəsənətinin əsasən gənc nümayəndələridir.

Elə ekspozisiyanın adı - "Ön söz" ondan xəbər verir ki, söhbət incəsənətin müasirliyin əsas və ən gərəkli aspektlərinə toxunan ən aktual, qabaqcıl, eksperimental hissəsindən gedir.

Ekspozisiyanın məqsədlərindən biri ictimaiyyətin diqqətini müasir incəsənətin özünəməxsus art-analitika, yəni günümüzün ən aktual meyilləri və problemlərini konseptual bədii modellər vasitəsilə üzə çıxaran və təhlil edən sahə qismində önəmli roluna cəlb etməkdir. Sərginin daha bir mühüm vəzifəsi ictimaiyyətə yeni, ümidverici adların təqdim olunmasıdır.

Xəbər lenti

Xəbər lenti