Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Binəqədi rayonunda "kəlləqənd" adı ilə məhsul istehsal edən müəssisədə dövlət nəzarəti aparılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Naxçıvani küçəsi 52 a ünvanında yerləşən qənd istehsal edən sexdə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, istehsal antisanitar şəraitdə aparılır, xammalın saxlanması üçün lazımi şərait yoxdur. Bundan başqa məhsul istehsal edən avadanlıqlar yararsız, çirkli saxlanılır, hazır məhsulun sınaqları aparılmır.
Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbəri fiziki şəxs V.Ağayevə məhsulun istehsal və satışının dayandırılması ilə bağlı iradnamə və tələbnamə təqdim edilib.