...

Xəzərin Azərbaycan hissəsində seysmik stansiyaların quraşdırılmasının tarixi məlum olub

Cəmiyyət Materials 20 Oktyabr 2011 14:11 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsində seysmik stansiyaların quraşdırılması 2012-ci ilin may ayına planlaşdırılıb. Bu barədə Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli məlumat verib.
Xəzərin Azərbaycan hissəsində seysmik stansiyaların quraşdırılmasının tarixi məlum olub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Xəzərin Azərbaycan hissəsində seysmik stansiyaların quraşdırılması 2012-ci ilin may ayına planlaşdırılıb. Bu barədə Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, seysmoqraflar ilin sonuna kimi ölkəyə gətiriləcək, lakin hava şəraiti ilə əlaqədar onların gələn ilin mayında quraşdırılması gözlənilir.

Seysmik stansiyalar "Ümid", "Günəşli" və "Şahdəniz" yataqlarında quraşdırılacaq.

Ümumiyyətlə, Xəzərdə seysmik vəziyyəti öyrənmək üçün dənizdə 10 belə stansiya quraşdırılacaq.

Məmmədli onu da deyib ki, bu il quruda quraşdırılması gözlənilən stansiyalar artıq ölkəyə gətirilir.

"Naxçıvanda artıq gələn həftə stansiyanın quraşdırılması gözlənilir. Orada artıq müvafiq bina hazırlanıb", - şöbə müdiri deyib.

Məmmədli qeyd edib ki, quruda quraşdırılacaq digər 5 stansiya da ilin sonuna kimi təhvil veriləcək.

Azərbaycanın quru ərazisində 30 seysmik stansiya var.

Azərbaycan 9 ballıq aktiv seysmik zonada yerləşir.

Xəbər lenti

Xəbər lenti