...

Baş prokuror İndoneziya Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 21 Oktyabr 2011 17:10 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror İndoneziya Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ölkəmizdə son illər ərzində həyata keçirilən demokratik islahatlardan söhbət açan Baş prokuror, məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, yeni məhkəmə sisteminin təşkili, qanunvericiliyə beynəlxalq standartlara uyğun əlavələrin edilməsi barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə sivil və mütərəqqi dövlət təsisatı kimi tam yeni məzmunda formalaşmış Azərbaycan Prokurorluğu orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluq işçilərinin maddi və sosial təminatlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Baş prokuror, həmçinin ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin aparıldığını, Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulayıb, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin səmərəli fəaliyyətini qeyd edib.

İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud ölkəsinin Azərbaycanla hüquqi islahatlar üzrə ikitərəfli formatda əməkdaşlıqda maraqlı olduğunu, iki dost dövlət arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti