...

Məşhur Norveç səyyahı Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib

Cəmiyyət Materials 27 Oktyabr 2011 17:22 (UTC +04:00)
Məşhur Norveç səyyahı Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Məşhur Norveç səyyahı Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Hacıyev/

Məşhur Norveç səyyahı Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib. Trend-in məlumatına görə, cümə axşamı Qərb Universitetində keçirilən "Tur Heyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfransda Azərbaycan, Norveç, Böyük Britaniya və digər ölkələrin alimləri məruzələrlə çıxış ediblər.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da çıxış edib. O, məşhur səyyahın Azərbaycana və Şəki şəhərinə etdiyi səfərlərdən danışıb.

Bağırovun sözlərinə görə, Heyerdal bir neçə dəfə Azərbaycana gəlib və həyatının son illərini Qafqaz və Skandinaviya arasında qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işə həsr edib.

Tədbirdə Tur Heyerdalın Azərbaycan dilinə ilk dəfə tərcümə edilən "Adəmin izləri ilə, xatirələr" adlı kitabının təqdimatı keçirilib. Konfransda Tur Heyerdalın Qərb Universiteti tərəfindən təltif olunduğu Fəxri doktor diplomu Kon-Tiki muzeyinin əməkdaşı gənc Tur Heyerdala təqdim olunub.

Xəbər lenti

Xəbər lenti