Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir A.Tağıyeva /
Keçmiş provaslav kilsəsi və hazırda İstanbulda muzey olan Aya Sofiya (Müqəddəs Sofiya kilsəsi) yenidən məscidə çevrilə bilər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.
Muzeydə onun məscidə çevrilməsi üçün təmir işləri aparılır. Muzeyin ortasında minbər tikiləcək.
Bir az əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınc muzeyə baş çəkərkən bildirib ki, Aya Sofiyada köklü dəyişiklər aparmaq lazımdır.
Aya Sofiya Konstantinolpolda, indiki İstanbulda 537-ci ildə tikilib. 1453-cü ildə şəhər II Mehmet tərəfindən işğal olunduqdan sonra kilsə məscidə çevrilib.
1935-ci ildə Türkiyə Respublikasının ilk Prezidenti Mustafa Kamal Atatürkün əmri ilə Aya Sofiya dünyəviləşdirilib və muzeyə çevrilib. Lakin bərpaçılar ondakı iki dünya mədəniyyəti - islam və xristianlıq arasındakı balansı qoruyub saxlamağa nail olublar.