...

Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 14 Noyabr 2011 12:07 (UTC +04:00)
Bu gün Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifainin Azərbaycana səfəri başlayıb.
Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycanda səfərdədir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir İ.İsabalayeva/

Bu gün Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifainin Azərbaycana səfəri başlayıb. Bu barədə bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, Taleb Rifai noyabrın 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. Görüşdə ÜTT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Daha sonra tərəflər həmin gün mətbuat konfransı keçirəcəklər.

Noyabrın 16-da isə Azərbaycan Turizm İnstitutunda Taleb Rifaiyə ATİ-nin "Fəxri doktoru" adının verilməsi münasibətilə tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti