...

Bakıda Qədir Xum bayramı qeyd edilib

Cəmiyyət Materials 14 Noyabr 2011 16:21 (UTC +04:00)
Bu gün İranın Mədəniyyət Mərkəzi tərəfindən Şəhriyar mədəniyyət evində Qədr Xum bayramı münasibətilə tədbir keçirilib.
Bakıda Qədir Xum bayramı qeyd edilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Mədəniyyət Mərkəzi tərəfindən Şəhriyar mədəniyyət evində Qədir Xum bayramı münasibətilə tədbir keçirilib. Bayram şənliyində İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami şiələrin birinci imamı Həzrəti Əli (ə) şəxsiyyəti, onun dahiliyi haqqında çıxış edib.

Trend-in məlumatına görə, bayram şənliyində püşkatma yolu ilə 3 nəfər seyid seçilərək bayram münasibətilə səfirlik tərəfindən Məşhəd ziyarətinə göndəriləcək.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və İran arasında əlaqələr yüksək səviyyədədir. Onun sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, onlar arasında İran və Azərbaycan kimi yaxın əlaqə olsun.

Xəbər lenti

Xəbər lenti