...

Mübariz İbrahimovun xatirəsinə həsr olunan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb

Cəmiyyət Materials 19 Noyabr 2011 20:17 (UTC +04:00)
Gənclər və İdman nazirliyinin, habelə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Bu barədə Trend-ə festivalın Təşkilat Komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva bildirib.
Mübariz İbrahimovun xatirəsinə həsr olunan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Gənclər və İdman nazirliyinin, habelə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Bu barədə Trend-ə festivalın Təşkilat Komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva bildirib.

Noyabrın 21-də saat 12:00-da Gənclər və İdman Nazirliyində Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişatı ilə bağlı mətbuat konfransı keçiriləcək. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda keçirilən festival dekabrın 1-də başa çatır.

Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. 4 bölgə (İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən atrıq gənc qatılıb. Festival çərçivəsində ölkədə ilk dəfə Art Kamp keçiriləcək.

Tədbirdə festivala dəstək verən Gənclər və İdman nazirliyinin, Mədəniyyət və Turizm nazirliyinin, millət vəkillərinin, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, həmçinin QHT, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti