...

Nizami Paşayev ağır atletika üzrə milli komandamızın baş məşqçisi təyin edildi

Cəmiyyət Materials 24 Noyabr 2011 19:21 (UTC +04:00)
Ağır atletika üzrə milli komandamızın yeni baş məşqçisinin adı müəyyənləşib.
Nizami Paşayev ağır atletika üzrə milli komandamızın baş məşqçisi təyin edildi

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Ağır atletika üzrə milli komandamızın yeni baş məşqçisinin adı müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, federasiyanın İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən, tanınmış idmançımız, bu günə qədər Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlardan ibarət yığma komandasının baş məşqçisi vəzifəsini icra edən Nizami Paşayev əsas komandanın baş məşqçisi təyin edilib. O, London Olimpiadasının sonuna qədər bu postda qalacaq.

Qeyd edək ki, yeni baş məşqçinin adı 2012-ci ilin yanvarında məlum olmalı idi. Ancaq milli komandanın bu vaxt keçiriləcək İslam Oyunlarında iştirak etməsi nəzərdə tutulduğundan İcraiyyə Komitəsi vaxtından əvvəl toplanaraq qərarını açıqlayıb.

Bununla yanaşı, milli komandamızın şərəfini qoruyan bolqar atletlərin baş məşqçisi vəzifəsinin icrası isə Zlatan Vanevə həvalə edilib.

Xəbər lenti

Xəbər lenti