...

Azərbaycan sinoptikləri sabah ölkə ərazisində hökm sürəcək hava pronozunu açıqlayıblar

Cəmiyyət Materials 25 Noyabr 2011 13:01 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək və əsasən yağmursuz keçəcək.
Azərbaycan sinoptikləri sabah ölkə ərazisində hökm sürəcək hava pronozunu açıqlayıblar

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək və əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun tədricən artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam havanın bəzi şərq rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Noyabrın 26-da Abşeron yarımadasında hava şəraitinin nisabətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti