...

Azərbaycanda tikinti sahəsi üzrə ixtisaslı kadrlar hazırlanacaq

Cəmiyyət Materials 1 Dekabr 2011 13:34 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkəti arasındakı əməkdaşlıq nəticəsində 4 saylı Bakı peşə liseyində tikinti sahəsi üzrə ixtisaslı kadrlar hazırlanacaq.
Azərbaycanda tikinti sahəsi üzrə ixtisaslı kadrlar hazırlanacaq

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkəti arasındakı əməkdaşlıq nəticəsində 4 saylı Bakı peşə liseyində tikinti sahəsi üzrə ixtisaslı kadrlar hazırlanacaq. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə həmin peşə məktəbində KNAUF Resurs Mərkəzi yaradılıb. Dekabrın 5-də mərkəzin rəsmi açılışı olacaq.

Məmmədov bildirib ki, KNAUF Resurs Mərkəzindən yalnız peşə təhsili almaq istəyənlər deyil, həm də işəgötürən təşkilatlar faydalana biləcəklər. İşəgötürən təşkilatlar bu mərkəzdə öz işçilərini yenidən hazırlaya biləcəklər. Şöbə müdiri məktəbdə tikinti sahəsi üzrə mütəxəssislərin yüksək səviyyədə hazırlanacağını qeyd edib.

Hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 60 peşə məktəbi fəaliyyət göstərir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrinin tərkibində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti