Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə keçirdiyi müsabiqənin qalibləri çərşənbə günü mükafatlandırılıb. Trend-in məlumatına görə, bu barədə Fonddan məlumat veriblər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov tədbirdə belə müsabiqənin keçirilməsinin cəmiyyətin rabitə sahəsində islahatlar və yeniliklər barədə obyektiv məlumatlandırılmasına xidmət etdiyini bildirib.
Noyabrın 4-dən dekabrın 1-dək Fonda ümumilikdə 42 yazı təqdim olunub. Müsabiqə 7 istiqamət üzrə keçirilib, hər istiqamət üzrə 3 qalib müəyyənləşdirilib, 10 yazının müəllifi isə həvəsləndirici mükafata layiq görülüb.