...

MDB-nin humanitar sahə üzrə əməkdaşlıq orqanlarının rəhbərləri Moskvada toplanır

Cəmiyyət Materials 8 Dekabr 2011 13:59 (UTC +04:00)
Sabah Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərlərinin növbəti koordinasiya müşavirəsi keçiriləcək.
MDB-nin humanitar sahə üzrə əməkdaşlıq orqanlarının rəhbərləri Moskvada toplanır

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Sabah Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərlərinin növbəti koordinasiya müşavirəsi keçiriləcək. Azərbaycanı bu müşavirədə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edəcək. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İsmayılov eyni zamanda MDB ölkələri bədən tərbiyəsi və idman haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və İdman Şurasının sədridir.

Koordinasiya müşavirəsi zamanı 2020-ci ilə qədər MDB ölkələri iştirakçılarının bədən tərbiyəsi və idman haqqında strategiyasının, MDB-də "İdman və sağlam həyat ili" üçün əsas konsepsiya və tədbirlər planının işlənilməsi, MDB-nin Dövlətlərarası Ekoloji Məsləhət Şurasının bərpası və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbir dekabrın 10-da öz işinə yekun vuracaq.

Xəbər lenti

Xəbər lenti