...

Krım 2015-ci ilədək Azərbaycandan gələn tutistlərin sayını 60 min nəfərədək artıracaq

Cəmiyyət Materials 19 Dekabr 2011 12:11 (UTC +04:00)
Krım Kurortlar və Turizm Nazirliyi 2015-ci ilədək Azərbaycandan gələn tutistlərin sayını 60 min nəfərədək artırmağı qarşısına məqsəd qoyub.
Krım 2015-ci ilədək Azərbaycandan gələn tutistlərin sayını 60 min nəfərədək artıracaq

Azərbaycan, Bakı, 19 dekabr / Trend, müxbir İ.İsabalayeva/

Krım Kurortlar və Turizm Nazirliyi 2015-ci ilədək Azərbaycandan gələn tutistlərin sayını 60 min nəfərədək artırmağı qarşısına məqsəd qoyub. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda olan kurortlar və turizm naziri Aleksandr Liyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı strategiya hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulur.

Nazir bu məsələ ilə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparacağını da qeyd edib.

Onun sözlərinə görə, bu gün Krım və Azəraycan isti turizm münasibətlərinin qurulmasının başlanğıc mərhələsindədir.

"Təəssüflər olsun ki, Azərbaycanın turist qruplarının sayı bizim istəklərimizə uyğun deyil. Ötən il putyovka ilə Krıma tur edən azərbaycanlıların sayı 12 min nəfər olub. Bu, digər ittifaq respublikaları ilə müqayisədə az rəqəm deyil. Amma bu, azərbaycanlıların bizim xidmətlərə olan tələbatının göstəricisi deyil. Buna görə də biz ikitərəfli turist əlaqələri qurmaq istərdik. Bizim səfərimizin məqsədi də yalnız Krıma turistlər cəlb etmək deyil. Biz bu əlaqələrin qarşılıqlı şəkildə qurulmasını, hər iki tərəfə turist axınının artmasını istəyirik", - Liyev deyib.

O əlavə edib ki, sovet dövründə Krım ən yaxşı müalicəvi kurort yerlərindən biri olub. Amma son 20 il ərzində buna diqqət azalıb.

Nazir gələn ilin fevral ayında Azərbaycandan Krıma böyük infotur həyata keçirməyi planlaşdırdıqlarını da bildirib.

Xəbər lenti

Xəbər lenti