...

Azərbaycan Parlamenti Şəhərsalma və Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib

Cəmiyyət Materials 23 Dekabr 2011 17:15 (UTC +04:00)
Azərbaycan Parlamenti Şəhərsalma və Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib.
Azərbaycan Parlamenti Şəhərsalma və Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamenti Şəhərsalma və Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında məcəllənin layihəsi ətrafında müzakirələr aparılıb və layihə birinci oxunuşda qəbul olunub.

Məcəllədə ərazi planlaşdırılması, şəhərsalma sənədlərinin tərtib olunması, bu prosesin şəffaflığı, tikinti fəaliyyətinin şəhərsalma sənədlərinə uyğunluğunun təmin olunması, şəhərsalma və tikinti fəaliyyətində hərəkət imkanları məhdud olan, əlil insanların ümumi istifadə üçün nəzərdə tutulan obyektlərə çatma imkanlarının təmin olunması, tikinti obyektlərinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və tikinti fəaliyyəti zamanı nəzərə alınması, tikinti obyektlərinin tikintisinə icazə proseduru və digər məsələlər tənzimlənib.

Tikintiyə icazə icraatında ictimai maraqları təmsil edən qurumların dinlənilməsi, tikinti fəaliyyətinin maraqlarına toxuna biləcəyi ehtimal olunacaq şəxslərin icraata cəlb edilib dinlənilməsi də nəzərdə tutulur.

Layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun "vahid pəncərə" prinsipi əsasında nizamlanması nəzərdə tutulur.

Məcəllənin layihəsi 3 bölmədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti