Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/
"Kəpəz" Peşəkar Futbol Klubu Unibank Premyer Liqasında fəaliyyətini davam etdirəcək.
Trend-in çərşənbə axşamı klubun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevin klubun sponsorları və rəhbərliyi ilə apardığı söhbətlərdən sonra bu qərara gəlinib.
Mətbuat xidmətindən onu da bildiriblər ki, komanda sabahdan etibarən toplaşaraq məşqlərə başlayacaq.
"Artıq bir neçə legioner və yerli futbolçular klubun bazasındadırlar. Yaxın günlərdə komanda tam heyətlə formalaşacaq", - məlumatda deyilir.
Qeyd edək ki, ötən il dekabrın sonlarında "Kəpəz" futbol klubunun rəhbərliyi fəaliyyətini dayandırması barədə AFFA rəhbərliyinə müraciət etmişdi.
"Kəpəz" PFK Azərbaycan çempionatında fəaliyyətini davam etdirəcək
"Kəpəz" Peşəkar Futbol Klubu Unibank Premyer Liqasında fəaliyyətini davam etdirəcək.
