...

Azərbaycanda tikinti sahəsində 37 dövlət standartı təsdiq edilib

Cəmiyyət Materials 11 Yanvar 2012 11:35 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təqdim etdiyi 37 dövlət standartı təsdiq edilib.
Azərbaycanda tikinti sahəsində 37 dövlət standartı təsdiq edilib

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təqdim etdiyi 37 dövlət standartı təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Standartlar sırasında inşaat işləri üçün istifadə olunan materialların sınaq üsulları, texniki şərtləri, kimyəvi analiz üsulları yer alıb.

Standartlar betonlar, beton qarışıqları, sementlər və sement istehsalı üçün materiallar, keramik kərpic və daşlar, divar materialları, gil xammalı, üzlük, inşaat-memarlıq, memorial və digər məmulatların istehsalı üçün dağ süxurlarından ibarət bloklara aiddir.

Xəbər lenti

Xəbər lenti