Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/
"Azərbaycan" Nəşriyyatında əsaslı təmir başlanır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayılova bildirib.
Onun sözlərinə görə, təmir bütün nəşriyyatın işini dayandırmayacaq.
"Təmir işləri hissə-hissə aparıldığından binada fəaliyyət göstərən qəzetlərin işi dayandırılmayacaq", - İsmayılova deyib.
Ölkədəki ən böyük mətbəə-nəşriyyat komplekslərindən biri olan "Azərbaycan" Nəşriyyatı 1974-cü ildən fəaliyyət göstərir. Bir neçə il əvvəl nəşriyyatda çoxrəngli qəzet çapı sexi fəaliyyətə başlayıb, onun binasının xarici görkəmi təzələnsə də dəhlizlərin, redaksiya otaqlarının, sanitar qovşağın, liftlərin vəziyyəti qeyri-kafidir.