...

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Yardımlı rayonu iki gündür işıqsız qalıb

Cəmiyyət Materials 21 Yanvar 2012 13:07 (UTC +04:00)
Cənub bölgəsinə güclü qarın yağması səbəbindən Yardımlı rayonu iki gündür işıqsız qalıb.
Qarlı hava şəraiti ilə əlaqədar olaraq Yardımlı rayonu iki gündür işıqsız qalıb

Azərbaycan, Lənkəran, 21 yanvar /Trend, müxbir P.Əliyeva/

Cənub bölgəsinə güclü qarın yağması səbəbindən Yardımlı rayonu iki gündür işıqsız qalıb.

Yardımlı rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, iki gündür şəhər də daxil olmaqla rayonun 88 yaşayış məntəqəsinin heç birində işıq yoxdur.

Güclü qarın yağması nəticəsində onlarla elektrik dirəyi aşıb, naqillərdə qırılmalar baş verib.

Qarın intensiv yağması nəticəsində yüksək gərginlikli elektrik hava xətlərində baş verən qəzaları aradan qaldırmaq üçün qəza briqadaları ərazilərdə işləyirlər. Şirvan Regional Enerji Təchizat MMC-dən canlı işçi qüvvəsi köməyə gəlib.

Axşam saatlarında bir sıra yaşayış məntəqələrinə enerji verilişinin bərpasının təmin ediləcəyi, qalan kəndlərdə də ardıcıl olaraq analoji tədbirlərin görüləcəyi bildirilib.

Rayon mərkəzində qarın qalınlığı 50-60, dağlıq ərazilərdə isə 70-80 sm-ə çatıb.

Hazırda rayonda qarın yağması dayanıb.

Xəbər lenti

Xəbər lenti