...

Azərbaycanda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2012 18:56 (UTC +04:00)
Azərbaycanda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.
Azərbaycanda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Azərbaycanda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

Hakimlərin Seçki Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 178 nəfər hakimliyə namizədlə vahid zalda, bərabər şəraitdə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual namizədlər tərəfindən 4 saat ərzində cavablandırılıb.

Anonimlik təmin edilməklə hakimliyə namizədlərin kodlaşdırılmış cavabları ayrı-ayrılıqda, ikiqat yoxlama üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və hüquqşünas alimlər tərəfindən yoxlanılıb, bu zaman namizədlərin qanunun məzmununu dolğun açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 102 nəfər şifahi müsahibəyə buraxılıb.

Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (www.jlc.gov.az) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti