Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir T.Cəfərov/
Bu gün Tehran polisinin 100-dən çox əməkdaşı parlamentin binası qarşısında etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə pana.ir xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, 2003-cü ildə torpaq paylarını almaq üçün 1000 nəfər polis işçisi 10 milyon dollardan çox vəsait ödəyib. Torpaq verilmədiyi üçün həmin polislərdən 480 nəfərinin pulu geri qaytarılsa da, 520 polis hələ də pulunu gözləyir.
Polislər etiraz aksiyası zamanı hüquqlarının tapdanıldığını vurğulayaraq ödədikləri vəsaitin geri qaytarılmasını tələb ediblər.
Tehran polisi parlamentin binası qarşısında etiraz aksiyası keçirib
Bu gün Tehran polisinin 100-dən çox əməkdaşı parlamentin binası qarşısında etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə pana.ir xəbər agentliyi məlumat verir.
