...

Azərbaycanın turizm potensialı Milanda təbliğ ediləcək

Cəmiyyət Materials 15 Fevral 2012 18:02 (UTC +04:00)
Azərbaycanın turizm potensialı fevralın 16-19-da İtaliyanın Milan şəhərində keçiriləcək "BİT 2012" beynəlxalq turizm sərgisində təbliğ ediləcək.
Azərbaycanın turizm potensialı Milanda təbliğ ediləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın turizm potensialı fevralın 16-19-da İtaliyanın Milan şəhərində keçiriləcək "BİT 2012" beynəlxalq turizm sərgisində təbliğ ediləcək.

Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə nazirliklə yanaşı, bir neçə yerli turizm şirkətinin nümayəndələri də daxildir.

Tədbirdə Azərbaycanla yanaşı, 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunacaq.

Azərbaycan bu sərgidə 2007-ci ildən başlayaraq təmsil olunur. Artıq dördüncü dəfədir ki, Azərbaycan "BİT" beynəlxalq turizm sərgisində iştirak edir. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kvadratmetr sahədə lövhə quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb.

Azərbaycan turizminin tanıdılması və ölkəyə turistlərin cəlb olunması məqsədilə 2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi 21 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti