Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycanda ali məktəblərə qəbul sistemi yeniləşdirilməlidir. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov cümə axşamı "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı "dəyirmi masa"da bildirib.
"Test üsulunun çox böyük üstünlükləri var, lakin şifahi imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün deyil", - Mərdanov deyib.
Nazir həmçinin qeyd edib ki, pedoqoji ixtisasları bitirən şəxslərin əlavə olaraq bir illik internatura keçməsi tətbiq olunacaq.
"Necə ki, Tibb Universitetinin tələbələri belə edirlər. Dünyada bu, tətbiq olunur. Ali məktəbi bitirən kimi məzunu məktəbdə dərs deməyə buraxmaq olmaz", - nazir əlavə edib.
Azərbaycanda ali məktəblərə qəbul sistemi yeniləşdirilə bilər