...

Erməni hərbiçinin ölümü ilə bağlı zabit həbs olunub

Cəmiyyət Materials 7 Mart 2012 10:39 (UTC +04:00)
Həqiqi hərbi xidmətdə olan, “Yeqnikner” hərbi hissəsinin müşahidə məntəqəsində öldürülən 19 yaşlı Tiqran Varyanın öldürülməsi işi üzrə həmin məntəqədə qulluq edən baş leytenant Ovanes Aşotoviç Akopyan həbs edilib.
Erməni hərbiçinin ölümü ilə bağlı zabit həbs olunub

Azərbaycan, Bakı, 7 mart / Trend/

Həqiqi hərbi xidmətdə olan, "Yeqnikner" hərbi hissəsinin müşahidə məntəqəsində öldürülən 19 yaşlı Tiqran Varyanın öldürülməsi işi üzrə həmin məntəqədə qulluq edən baş leytenant Ovanes Aşotoviç Akopyan həbs edilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətindən məlumat verilib.

Ölüm faktı üzrə cinayət işi CM-nin 110-cu maddəsinin 1-ci bəndi (intihar həddinə çatdırma) üzrə açılıb. Baş leytenant Ovanes Akopyan CM-nin 375-ci maddəsinin 1-ci bəndi - səlahiyyətindən sui-istifadə, səlahiyyət həddini aşma və ya fəaliyyətsizlikdə ittiham edilir. İlkin istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti