...

Azərbaycanda vərəm xəstəliyinin erkən aşkarlanması müşahidə olunur - institut direktoru

Cəmiyyət Materials 12 Mart 2012 12:29 (UTC +04:00)
Azərbaycanda vərəm xəstəliyinin erkən aşkarlanması müşahidə olunur.
Azərbaycanda vərəm xəstəliyinin erkən aşkarlanması müşahidə olunur - institut direktoru

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda vərəm xəstəliyinin erkən aşkarlanması müşahidə olunur. Trend-in məlumatına görə, bunu bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatı, USAİD və Vərəm Əleyhinə Milli Proqramın birgə təşkilatçılığı ilə 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar keçirilən tədbirdə Elmi Tədiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov deyib.

Onun sözlərinə görə, ÜST-nin aşkarlanma üzrə indikatoru 75 faiz olduğu halda, Azərbaycanda bu göstərici 79 faizdir.

Məmmədbəyov deyib ki, ölkədə qeydiyyata alınan vərəm xəstələrinin sayı artır. Ötən il Azərbaycanda 2045 vərəmə yoluxma halı aşkarlanıb. 2010-cu ildə bu rəqəm 1997, 2009-cu ildə 1487 olub.

Vərəm xəstələrinin müalicəsinə nəzarət sistemi güclənir, müalicə nəticələri qiymətləndirilməyən xəstələrin sayı azalır.

Məmmədbəyov bildirib ki, ÜST-nin müalicə nəticələri üzrə indikatoru 80-85 faiz olduğu halda, Azərbaycanda bu göstərici 77,6 faizdir.

Xəbər lenti

Xəbər lenti