...

Bakıda Türk Ocaqlarının yaranmasının 100 illiyi qeyd olunub

Cəmiyyət Materials 13 Mart 2012 18:04 (UTC +04:00)
Bakıda çərşənbə axşamı Atatürk Mərkəzində Türk Ocaqlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə axşamı Atatürk Mərkəzində Türk Ocaqlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib ki, Türk Ocaqlarının fəaliyyətinin türk dünyasının tarixində mühüm rolu olub.

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ tədbirdə çıxışında bildirib ki, Türk Ocaqları Türkiyə tarixinin ən çətin dövrdə, Osmanlı İmperiyasının parçalandığı vaxtda yaradılıb. Onun sözlərinə görə, Türk Ocaqlarında tək Anadolu türkləri deyil, azərbaycanlılar, həmçinin Orta Asiyada yaşayan türklər də iştirak edirdilər.

Çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Bozdağ qeyd edib ki, Azərbaycanın 20 ildir ki əldə etdiyi müstəqillik iki dövlətin bir-birini daha dərindən tanımasına şərait yaradıb.

"Biz dahi şəxsiyyət Heydər Əliyevin "İki dövlət - bir millət" sözünü daim yaşatmalıyıq. Ortaq tarixə sahib çıxsaq, gələcək birliyimizi təmin etmiş olacağıq", - Bozdağ deyib.

O qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Atartürk öz zamanında vahid türkçülük ideyasını irəli sürsə də, bu, Sovetlər İttifaqının yaradılması ilə şübhə altına düşdü. Onun sözlərinə görə, bu ideologiyanın yenidən ortaya gəlməsində ümummilli lider Heydər Əliyevin səyləri olub. Paşayeva qeyd edib ki, Türkiyə və Azərbaycanın birliyi bir daha özünü Xocalı faciəsi ilə bağlı İstanbulun Taksim meydanında keçirilən möhtəşəm aksiya zamanı göstərib.

Xəbər lenti

Xəbər lenti