...

Azərbaycan vətəndaşlarının ən çox saxta diplom aldığı ölkələrin adları acıqlanıb

Cəmiyyət Materials 15 Mart 2012 16:37 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi azərbaycanlı gənclərin diplomlarının tanınmadığı ölkələrin adlarını açıqlayıb.
Azərbaycan vətəndaşlarının ən çox saxta diplom aldığı ölkələrin adları acıqlanıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi azərbaycanlı gənclərin diplomlarının tanınmadığı ölkələrin adlarını açıqlayıb.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sənədlərin tanınması ilə bağlı 01.01.2004-cü il tarixdən Təhsil Nazirliyinə 5718 müraciət daxil olub. Müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya və Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib.

Son altı il ərzində təqdim edilmiş sənədlər arasında 679 qeyri-qanuni fakt aşkarlanıb və onlarla bağlı Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunub. Sektorun iş fəaliyyəti nəticəsində nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Vətəndaşlar tərəfindən saxta diplomlar Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Qazaxıstan və Özbəkistanda əldə edilməsi aşkarlanıb. Məlum olub ki, onlar arasında çoxlu sayda formal ali təhsil almış, savadsız və ixtisası haqqında məlumatı olmayan insanlar da var.

Həmçinin, mənfi cavab alanlar respublika ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə və filiallar) məzunlarıdır. Onların fəaliyyəti
Azərbaycan Respublikasının 1 saylı yerli İqtisad Məhkəməsinin qərarlarına əsasən dayandırılıb.

Mənfi cavab alanların 341 nəfəri Rusiya, 309 nəfəri Gürcüstan, 9 nəfəri Ukrayna, 9 nəfəri ABŞ, 3 nəfəri Qazaxıstan, 2 nəfəri Böyük Britaniya, 2 nəfəri İsveçrə, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Özbəkistan, 1 nəfəri Almaniya, 1 nəfəri Suriya ali məktəblərinin məzunudur.

Xəbər lenti

Xəbər lenti