...

Heydər Əliyev Fondunun dəstəyi ilə "Qız Qalası" layihəsi çərçivəsində Azərbaycan rəssamlarının sərgisi nümayiş olunacaq (FOTO)

Cəmiyyət Materials 17 Mart 2012 12:43 (UTC +04:00)
Novruz bayramı ərəfəsində "Qız Qalası" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Milli Parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi nümayiş olunacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə "Qız Qalası" layihəsi çərçivəsində Azərbaycan rəssamlarının sərgisi nümayiş olunacaq (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Novruz bayramı ərəfəsində "Qız Qalası" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Milli Parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi nümayiş olunacaq.

Fonddan Trend-ə verilən məlumata görə, bu dəfə tamaşaçılara Emin Əsgərov, Vüqar Muradov, Hüseyn Haqverdi, Rəşad Cəbbarov, Namiq Məmmədov, Nazim Şamxorov, Yelena Haqverdi, Həmidə Məlikova, Taleh Mirkazımov, Sübhan Məmmədov, Adil Yusifov, Şamo Abasov və Məhəmməd Orucovun Qız Qalası maketlərinin üzərində işlədikləri nar mövzusu təqdim olunacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" İncəsənət Qalereyasının təşkilatçılığı ilə keçirilən "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının populyarlaşdırılması məqsədini daşıyır. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və odlar diyarının rəmzi hesab olunan bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.

Azərbaycan paytaxtında "Qız qalası" Beynəlxalq İncəsənət Festivalı artıq iki ildir uğurla həyata keçirilir. İndiyədək müsabiqədə müxtəlif dünya ölkələrindən gələn 40-dan çox rəssam iştirak edib. Layihə çərçivəsində bu unikal müəllif işlərini dünyanın müxtəlif ölkələrində nümayiş etdirmək və ümumdünya mədəni irsinin bir hissəsi olan Qız Qalasının təbliğində əhəmiyyətli vasitəyə çevirmək nəzərdə tutulur. Sərgi eksponatları artıq ölkə hüdudlarından kənarda nümayiş etdirilir. Belə ki, "Qız Qalası" Beynəlxalq incəsənət festivallarında yaradılan əsərlər bir sıra xarici dövlətlərdə keçirilən sərgilərdə beynəlxalq auditoriyaya təqdim edilib.

Konseptual baxımdan festivalın miqyası ildən-ilə genişlənməkdədir.

Ənənəvi "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı isə may ayında keçiriləcək. Növbəti müsabiqədə 20-dən artıq ölkə rəssamlarının iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti