...

Azərbaycan turizm potensialını Gürcüstanda təbliğ edir

Cəmiyyət Materials 6 Aprel 2012 15:28 (UTC +04:00)
Azərbaycan turizm potensialını Gürcüstanın Tbilisi şəhərində keçirilən “Caucasus Tourism Fair 2012” beynəlxalq turizm sərgisində təbliğ edir.
Azərbaycan turizm potensialını Gürcüstanda təbliğ edir

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan turizm potensialını Gürcüstanın Tbilisi şəhərində keçirilən "Caucasus Tourism Fair 2012" beynəlxalq turizm sərgisində təbliğ edir.

Trend-in cümə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün başlayan və aprelin 8-də yekunlaşacaq sərgi nazirliyin 2012-ci ildə iştirak etdiyi 11 beynəlxalq turizm sərgisidir. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bir neçə yerli turizm şirkəti təmsil edir.

Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 20 kvadratmetr sahə icarəyə götürülüb.

Azərbaycan ikinci dəfədir ki, "Caucasus Tourism Fair" beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ümumilikdə 200-ə yaxın xarici şirkət təmsil olunur.

Xəbər lenti

Xəbər lenti