...

Ramil Usubov Lənkəranda ətraf rayonların bir qrup sakinini qəbul edib

Cəmiyyət Materials 7 Aprel 2012 15:10 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov şənbə günü Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının bir qrup sakinini qəbul edib.
Ramil Usubov Lənkəranda ətraf rayonların bir qrup sakinini qəbul edib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov şənbə günü Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının bir qrup sakinini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərin operativ şəkildə həll edilməsi üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verilib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 27 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin tam əksəriyyəti elə yerindəcə həllini tapıb.

Xəbər lenti

Xəbər lenti