...

"Avropa İttifaqı-Azərbaycan: Yol xəritəsi" adlı tədbir keçirilib

Cəmiyyət Materials 10 Aprel 2012 21:01 (UTC +04:00)
"ABŞ Təhsilli Azərbaycanlı Məzunlar" İctimai Birliyində çərşənbə axşamı "Avropa İttifaqı-Azərbaycan: Yol xəritəsi" adlı "dəyirmi masa" keçirilib.
"Avropa İttifaqı-Azərbaycan: Yol xəritəsi" adlı tədbir keçirilib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

"ABŞ Təhsilli Azərbaycanlı Məzunlar" İctimai Birliyində çərşənbə axşamı "Avropa İttifaqı-Azərbaycan: Yol xəritəsi" adlı "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ABŞ-da təhsil alan azərbaycanlı məzunlar iştirak ediblər.

Tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ronald Kobia iştirakçılara Aİ-nin yaranma tarixi, xarici siyasəti, müdafiə siyasəti və digər fəaliyyəti barədə, həmçinin Aİ ilə Azərbaycan arasında əməkdaşlıq haqqında ətraflı məlumat verib.

Daha sonra Kobia tədbir iştirakçılarının suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti