...

Bakıda ticarət mərkəzində keçirilən qeyri-qanuni lotereya dayandırılıb

Cəmiyyət Materials 12 Aprel 2012 16:07 (UTC +04:00)
Bakıda ticarət mərkəzində keçirilən qeyri-qanuni lotereya dayandırılıb.
Bakıda ticarət mərkəzində keçirilən qeyri-qanuni lotereya dayandırılıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 29 ünvanında yerləşən "Aygün City" Ticarət Mərkəzində stimullaşdırıcı lotereyanın təşkili aşkar edilib və keçirilən lotoreyanın dayandırılması barəsində göstəriş verilib.

QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan cümə axşamı Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi "Aygün City" Ticarət Mərkəzində keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir.

Qeyd edək ki, QKDK "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı kimi bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti