...

Azərbaycanda yaxın günlərdə bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət Materials 18 Aprel 2012 11:53 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək.
Azərbaycanda yaxın günlərdə bəzi yerlərdə yağış yağacaq

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, aprelin 18, 19 və 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Temperatur gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Aprelin 19 və 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin aprelin 20-də bəzi dağlıq ərazilərdə və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gündüz aran rayonlarında 22-27, dağlıq rayonlarda 13-18 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti