...

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir

Cəmiyyət Materials 18 Aprel 2012 13:45 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir.
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir.

Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir.

Ümumilikdə, proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2012-may 2014 tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tbilisi şəhərində GIPA-da keçiriləcək. Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2013-cü ildə, ikinci və üçüncü semestrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər.

2014-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr "Brosse Street Journal" adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Adıçəkilən məktəbin müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində IREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Xəbər lenti

Xəbər lenti