...

Azərbaycanda kreativ iqtisadiyyatın ÜDM-də payı son illərdə 2 faiz artıb

Cəmiyyət Materials 26 Aprel 2012 11:27 (UTC +04:00)
Azərbaycanda kreativ iqtisadiyyatın ümumi daxili məhsulda (ÜDM) payı son illərdə 2 faiz artıb.
Azərbaycanda kreativ iqtisadiyyatın ÜDM-də payı son illərdə 2 faiz artıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda kreativ iqtisadiyyatın ümumi daxili məhsulda (ÜDM) payı son illərdə 2 faiz artıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov deyib.

İmanov bildirib ki, hazırda Azərbaycanda kreativ iqtisadiyyatın ÜDM-də payı 4,5 faizdir. Avropa ölkələrində bu göstərici 7 faizə çatır.

Onun sözlərinə görə, dünyada kreativ iqtisadiyyatın payına 4 trilyon dollardan çox vəsait düşür.

İmanov hesab edir ki, güclü qanunvericilik olan ölkələrdə kreativ iqtisadiyyat güclü inkişaf edir.

Xəbər lenti

Xəbər lenti