...

Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti Cenevrədə müzakirə ediləcək

Cəmiyyət Materials 1 May 2012 15:58 (UTC +04:00)
İsveçrədə Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı seminar keçiriləcək.
Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti Cenevrədə müzakirə ediləcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

İsveçrədə Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı seminar keçiriləcək.

Azərbaycan Mətbuat Şurasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Şura sədri Əflatun Amaşov da "Eurovision 2012" öncəsi İsveçrənin Cenevrə şəhərində Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı keçiriləcək seminarda iştirak edəcək.

3 may - Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş tədbir Avropa Yayımları Birliyinin təşəbbüsü ilə baş tutacaq.

Dünyanın nüfuzlu media qurumları və insan hüquqları təşkilatlarının nümayəndələrinin qatılacaqları toplantıda ölkəmizdən də qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər. Azərbaycandan tədbirə dövlət rəsmilərinin də qatılmaları nəzərdə tutulur.

Qeyd edək ki, seminarın mayın 2-də Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti