Azərbaycan, Bakı, 4 may /Trend
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının mənzil qərargahında cümə günü talassemiyalı uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib.
Trend-in məlumatına görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş aksiyaya "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, baş direktoru Xaqani Quluzadə başda olmaqla Korporasiyanın 150 nəfərdən artıq rəhbər və işci heyəti qoşulub.
YAP Nərimanov rayon təşkilatının rəhbərliyi aksiyada mütəşəkkil iştiraka görə "Akkord" rəhbərliyinə minnətdarlığını bildirib, belə xeyriyyəçilik aksiyalarında hər zaman öndə gedən "Akkord" Korporasiyasının hamı üçün nümunə olduğunu vurğulayıb.