Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirəcək.
BŞİH-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir mayın 10-da saat 11:00-dan 19:00-a qədər Heydər Əliyev Sarayının qarşısındakı parkda davam edəcək və saat 21:00-da Milli Parkda incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
BŞİH şəhər sakinlərini bayram şənliklərinə dəvət edir.