...

Bakı şagirdləri arasında riyaziyyatdan keçirilmiş test yoxlamasının ilkin nəticələri açıqlanıb

Cəmiyyət Materials 10 May 2012 10:35 (UTC +04:00)
Bakının IV sinif şagirdləri arasında riyaziyyat fənni üzrə keçirilmiş test yoxlamasının ilkin nəticələri açıqlanıb.
Bakı şagirdləri arasında riyaziyyatdan keçirilmiş test yoxlamasının ilkin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 10 may / Trend müxbir İ.İsabalayeva/

Bakının IV sinif şagirdləri arasında riyaziyyat fənni üzrə keçirilmiş test yoxlamasının ilkin nəticələri açıqlanıb.

Bakı Şəhər Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev cümə axşamı Trend-ə deyib ki, imtahan nəticələri mayın sonunda Təhsil Şurasında müzakirə ediləcək.

İdarə rəsmisinin sözlərinə görə, test yoxlaması təxminən 31 min şagirdi əhatə edib. Şagirdlərin 65-70 faizi keyfiyyət cəhətdən "dörd" və "beş" qiyməti alıb. Şagirdlərin fənni mənimsəmə göstəricisi isə 90 faizdən yüksək olub.

Həmzəyev deyib ki, builki imtahan nəticələri ötən illə müqayisədə xeyli yaxşıdır.

"Şagirdlərdə keyfiyyət və mənimsəmə baxımından ötən ilə nisbətən 5-8 faiz, bəzi məktəblərdə isə 10 faiz irəliləmə var", - sektor müdiri əlavə edib.

Qeyd edək ki, ibtidai təhsilin son pilləsi olan IV sinif şagirdlərinin test yoxlamasına cəlb edilməsində əsas məqsəd şagirdlərin mənimsədikləri biliklərin səviyyəsini öyrənməkdir.

Yoxlama zamanı şagirdlərə təqdim edilən test tapşırıqlarının hər biri 15 sual olmaqla 10 variantda tərtib edilib.

Xəbər lenti

Xəbər lenti