...

Ekologiya Nazirliyi növbəti ekoloji araşdırmanın nəticələrini açıqlayıb

Cəmiyyət Materials 21 May 2012 11:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin mayın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələri açıqlanıb.
Ekologiya Nazirliyi növbəti ekoloji araşdırmanın nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin mayın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələri açıqlanıb.

Trend bazar ertəsi nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub.

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 28 iş üzrə 750775 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 1617,1 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 91 iş üzrə 20681,33 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qurumlarına 17 iş göndərilib.

Xəbər lenti

Xəbər lenti